Yunanıstanda davam edən güclü meşə yanğınları Azərbaycandan bu ölkəyə istirahətə gedənlərin sayına təsir etməyib. Bu barədə FED.az-a yerli turizm şirkətlərindən bildirilib.
Xatırladaq ki, bir neçə gündür ki davam edən yanğın Yunanıstanın əsas turizm ərazilərindən olan Afina və turistlər arasında olan məhşur olan Mati kəndini əhatə edib.
Amma turizm şirkətlərindən bildirilib ki, baş verənlər Yunanıstana getmək istəyənlərin planlarını dəyişməyib. “Turizmaz” şirkətinin məlumatına görə, Azərbaycandan bu ölkəyə gedənlərin sayında nə azalma, nə də səyahəti geri qaytarmamaq kimi problem yoxdur: “Bizdən alınan biletlər geri qaytarılmayıb”.
Şirkətdən bildirilib ki, bunun səbəbi Azərbaycandan gedən turistlərin yanığın olan ərazilərə deyil, başqa ərazilərə üz tutmasıdır. Ölkəmizdən gedən turistlər yay aylarında adətən dəniz kənarı və Rodos, Santorini, Mykonus və Krit adalarına üz tuturlar.
Yunanıstandakı yanğınlar azərbaycanlı turistlərin təsir etməyib
17:43
25 İyul 2018