Turizm

Yekaterinburq - Bakı aviareysi açılır - QİYMƏT

Yekaterinburq - Bakı aviareysi açılır - QİYMƏT | FED.az
15:57 27 Mart 2019

Bu ilin iyun ayının 18-dən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Yekaterinburq-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. FED.az-ın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II günləri “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.

Bakıdan Yekaterinburqa təyyarə saat 12:30-da, əks istiqamətdə isə yerli vaxtla saat 16:30-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10,5 min rubl (277 manat) təşkil edir.

Eləcə də bax: Səudiyyə Ərəbistanının "loukoster"i Bakıya - BİRBAŞA UÇUŞLARA BAŞLAYACAQ

Digər xəbərlər

Banner