Yay aylarında xüsusən dağ və dağətəyi rayonlarda kirayə evlərin qiymətləri artır. Bunun əsas səbəbi insanların yay tətilində bölgələrə üz tutmasıdır. Bu da bölgələrdəki mənzil bazarında tələb artımına gətirib çıxarır.
FED.az xəbər verir ki, turistlərin əsasən üz tutduğu rayonlardakı qiymətlər barədə araşdırma aparılıb.
Hazırda İsmayıllıda günlük kirayə evlərin qiyməti şəraitinə və otaq sayına görə 50-400 AZN aralığında dəyişir. Bahalı evlərin əsas fərqi həyətində hovuzu olmasıdır.
Qubada günlük evlərin qiyməti 50 manatdan 500 manata qədər dəyişir.
Ən bahalı gündəlik evlər isə Qəbələ rayonundadır. Qiymətlərin baha olmasının əsas səbəbi kimi ərəb turistlərin buraya daha çox səfər etməsi göstərilir. Qiymətlər 80 AZN-dən başlayıb 700 AZN-ə qədər dəyişir.
Şəki, Qax, Zaqatala, Balakəndə də 50-300 manat aralığında dəyişir.
Nisbətən ucuz qiymətlər isə cənub rayonlarındadır. Lənkəran, Lerik, Masallıda günlük kirayə evlərin qiyməti isə 50-300 manat arasında dəyişir. (Trend)