2015-ci ildən 2018-ci ilə qədər olan dövr ərzində Gürcüstana üç min azərbaycanlı köçüb.
FED.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Miqrasiya Komissiyasının yayımladığı hesabatda məlumat verilib.
Eləcə də bax: Gürcüstandakı xarici şirkətlərin - 5%-İ AZƏRBAYCANLILARA MƏXSUSDUR
Bildirilib ki, Gürcüstanda müvəqqəti yaşamaq icazəsi alanlar arasında azərbaycanlılar ikinci yerdədir.
Rusiya vətəndaşları isə bu ölkədə daimi yaşayış icazəsi almaqda lider olublar. Belə ki, təxmini doqquz min nəfər rusiyalı Gürcüstanda daimi yaşamaq haqqında şəhadətnamə alıb.
Statistikaya əsasən, dörd il ərzində 20800 əcnəbi Gürcüstanda daimi və ya uzunmüddətli yaşamaq icazəsi alıb.
Oxu