ABŞ-ın “U.S News and World Report” jurnalı dünyanın yaşamaq üçün ən münasib 70 ölkənin reytinq cədvəlini tərtib edib.
Eləcə də bax: Pandemiya dövründə Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələr - SİYAHI
FED.az xəbər verir ki, reytinq 9 kriteriya – sahibkarlığın inkişafı, turistlər arasında populyarlıq, öz vətəndaşlarına münasibət (insan haqlarının qorunması, ekologiya, gender bərabərliyi), mədəni təsir, tarixi irs, potensial inkişaf, biznes üçün açıqlıq, hərbi güc və həyat keyfiyyət əsasında hazırlanıb.
ABŞ jurnalı yaşayış üçün ən yaxşı ölkələrin siyahısına İsveçrə (1), Kanada (2), Yaponiya (3), Almaniya (4) və Avstraliyanı (5) daxil edib.
Azərbaycan 61-ci, qonşu ölkələrdə Rusiya 23-cü, Türkiyə 35-ci, Qazaxıstan 66-cı yerdə qərarlaşıb. (Modern)