"Azərbaycan vətəndaşları Aİ ölkələrinə viza müraciətləri zamanı çətinliklərlə üzləşir".
İtaliya səfirliyində Maltaya da - VİZA VERİLƏCƏK
FED.az xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclasında müzakirə olunub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas zamanı, Azərbaycan Respublikası vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.