Bildiyimiz kimi bu yaxınlarda Qubada möhtəşəm “Yemək”, Şamaxıda isə “Çaxır” festivalı keçirilib. Ancaq bununla kifayətlənmək olmaz. Niyyətimiz bu işi davam etdirməkdir.
FED.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalıq kəndində “Dağların başı” layihəsi çərçivəsində keçirilən musiqi festivalında deyib.
“Burada iki məqama toxunmaq istərdim. Əsas məqsədimiz yerli əhalini maarifləndirməkdir. Çünki onlar turistlərlə təmasda olaraq təcrübə qazanırlar. İkincisi, Azərbaycanın bölgələrində turizmi inkişaf etdirməkdir. Onu da əlavə etmək istərdim ki, Qubanın Xınalıq kəndi ilə bağlı agentliyimiz tərəfindən böyük bir konsepsiya hazırlanır. Konsepsiya ölkə başçısına təqdim olunduqdan sonra Xınalıq böyük layihələrin bir tərkib hissəsinə çevriləcək. Bu, eyni zamanda, kənddə iş yerlərinin açılmasına da təkan verəcəkdir”, -deyə F.Nağıyev əlavə edib.