Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edilməsi barədə qərar verib.
FED.az-ın məlumatına görə, reqlamentə əsasən Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən bu elektron xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 gün keçənədək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycanda yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 iş günü ərzində baxılır. Tranzit vizaları və birdəfəlik giriş vizaları üçün 20 dollar, çoxdəfəlik giriş vizaları üçün 350 dollar məbləğində dövlət rüsumu ödənilir. Ödəmə üsulları bank, poçt, plastik kart, internet, elektron ödəmə sistemləridir.
@apa