“Fevralın 1-dən müntəzəm aviareyslərin bərpasından sonra Gürcüstana gələn sərnişinlər mütləq qaydada son 72 saat ərzində aparılmış PCR testin nəticəsini təqdim etməli olacaqlar”.
Eləcə də bax: Gürcüstan quru sərhədlərini - Açacaqmı?
FEDşaz Banker.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, bu qayda koronavirusa qarşı peyvəndin hər iki mərhələsindən keçən şəxslərə şamil edilməyəcək.
Mərkəz rəhbəri qeyd edib ki, Gürcüstana səfər edən şəxslərin bir neçə gündən sonra təkrar PCR testdən keçməsi ilə bağlı tələbin tətbiq olunub-olunmayacağı məsələsi hazırda müzakirə edilir.
Qeyd edək ki, Gürcüstanın uçuşları, ilk növbədə, Avropa İttifaqı, Fars körfəzi ölkələri və İsraillə bərpa edəcəyi gözlənilir.