Xankəndiyə media-tur çərçivəsində jurnalistlər "Bulud" hotelində olublar.
127 otaqlı “Hilton Garden İnn” hotelində 100-dən çox işçi çalışacaq - FOTOLAR
FED.az xəbər verir ki, jurnalistlər hotel haqqında məlumatlandırılıblar.
Qeyd olunub ki, Prezident İlham Əliyev fevralın 19-da “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Bulud” hotelin açılışında iştirak edib.
Bildirilib ki, ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hotel 45 nömrəli olmaqla, ümumilikdə 91 nəfər qonaq qəbul edə biləcək. Hoteldə ən müasir iaşə məkanları yaradılıb, “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar ayrılıqda 30-80 nəfər qonağın istifadəsi üçün nəzərdə tutulub.
Hoteldə 50 nəfər iş ilə təmin olunub. (Apa)