Banner

Turizm

Voronejdən Bakıya birbaşa reys açılacaq

Voronejdən Bakıya birbaşa reys açılacaq | FED.az
19:56 8 Aprel 2019

"Nordwind Airlines" aviaşirkəti bu ilin yayında Rusiyanın Voronej şəhərindən Bakıya birbaşa reyslər açmağı planlaşdırır.

FED.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Voronej Hava Limanını idarə edən "Aviaservis" MMC-nin baş direktorunun müşaviri Andrey Şaqunov deyib.

"Hazırda tərəflər bu barədə danışıqlar aparır. Yayda Voronej hava limanından Bişkek, İstanbul, Daşkənd, Tbilisi və Minskə də birbaşa aviareyslər açılacaq", - deyə A.Şaqunov qeyd edib.

Digər xəbərlər

Banner