Cari ilin martın 28-dən dekabrın 17-dək 174 min 596 Gürcüstan vətəndaşı Şengen bölgəsinə səfər edib.
FED.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bunlardan 494 nəfəri Şengen bölgəsinə buraxılmayıb.
DİN-in məlumatında deyilir ki, bu statistika Şengen ölkələri aeroportlarından alınan məlumatlar əsasında hazırlanıb.
Gürcüstan DİN bununla belə Şengen ölkələrinə səfər edənlərin sayının 174 min 102 nəfərdən çox olacağını istisna etməyib.