Bu gün sizə Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin siyahısını təqdim edirik.
Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.
1-ci qrupa daxil olan ölkələrə vətəndaşlıq passportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür.
Belarus (90 gün),
Gürcüstan (90 gün),
Qazaxıstan (90 gün),
Qırğızıstan (90 gün),
Moldova (90 gün),
Özbəkistan (90 gün),
Rusiya Federasiyası (90 gün),
Tacikistan (90 gün),
Ukrayna (90 gün)
Bundan əlavə, hazırda aşağıda adı qeyd edilən ölkələr tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
İran (15 gün),
Türkiyə (1 ay).
2-ci qrup ölkələrə getmək üçün, əslində, viza tələb olunsa da, həmin ölkələrdə Azərbaycan vətəndaşlarına vizalar elə sərhəddə, avtomatik olaraq verilir. Ona görə də faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq lazım deyil.
- Banqladeş, Benin, Boliviya, Kamboca, Kapo-Verde, Komor adaları, Cibuti, Qatar, Qvineya-Bisau, Yamayka, İordaniya, Laos, Livan, Makao, Madaqaskar, Malavi, Maldiv adaları, Marşal adaları, Mavritaniya, Mavrikiy, Mozambik, Nepal, Nikaraqua, Palau Ruanda, Samoa, Seyşel adaları, Somali, Şərqi Timor, Toqo, Tuvalu, Uqanda, Zimbabve.
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir. (Fins)
Vizasız gedə biləcəyiniz ölkələrdə yaşama müddəti - SİYAHI
11:12
16 Noy 2018