Rusiyanın “Utair” aviaşirkəti Samara-Bakı istiqaməti üzrə əlavə reys açır.
Prezident: "Rusiyadan Azərbaycana turist axını artır, reyslərin sayı da artacaq"
FED.azt verir ki, Bakıya əlavə uçuşlar həftənin çərşənbə axşamı yerinə yetiriləcək. Samaradan uçuş saat 13:40-da, geriyə - 17:50-də olacaq. Uçuş 2 saat 20 dəqiqə davam edəcək.
Həftənin cümə axşamı və bazar günü reysləri cədvəldə olduğu kimi qalır.
“Bu yay Samaradan Azərbaycana reys açdıq. Regionlarin MDB ölkələri ilə hava əlaqəsinin inkişafını vacib hesab edirik, buna gorə hazırda artıq mövcud marşrutlar üzrə reyslərin sayını artırırıq və yeni reyslərin açılmasını planlaşdırırıq”, - “Utair – Sərnişin hava yolları” şirkətinin prezidenti Oleq Semyonov deyib.
“Utair”in Azərbaycana bütün reysləri aşağıdakılardır: Bakıya - Moskva, Qroznı, Samara, Ufa, Sankt-Peterburq, Tümen, Surqutdan; Gəncə və Naxçıvana – Moskvadan. (İnterfaks-Azərbaycan)