“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti noyabrın 4-dən Kiyev-Bakı-Kiyev marşrutu üzrə uçuşlara başlamaq istəyir.
Eləcə də bax: Gürcüstan bu tarixdən beynəlxalq uçuşları - Bərpa Edir
FED.az xəbər verir ki, bu barədə aviaşirkətin 2020-ci il qış uçuş cədvəlində bildirilir.
Məlumata görə, Ukrayna paytaxtından Azərbaycan paytaxtına uçuşlar çərşənbə və bazar günləri, əks istiqamətdə uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçib. (Report)