Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Turizm

  1. Ana səhifə
  2. Turizm
  1. Turizm

Türkiyəyə turlar bahalaşıb - QİYMƏTLƏR, SİYAHI

Türkiyəyə turlar bahalaşıb - QİYMƏTLƏR, SİYAHI | FED.az
14:56 7 May 2018
Ölkədə fəaliyyət göstərən turizm şirkətləri Türkiyə istiqamətində təşkil etdikləri tur qiymətləri səyahətin müddətindən, zamanından və məkanından asılı olaraq dəyişir. Reallıq isə ondan ibarətdir ki, Türkiyəyə tur qiymətlərdən turizm şirkətlərinin özləri də narazıdır. Bildirir ki, Türkiyə hotelləri bu il yalnız Azərbaycan turistləri üçün baha qiymətlər tərtib edib. Məhz bu səbəbə görə də, Azərbaycanın bir çox turizm şirkəti Türkiyəyə tur paket satmaqdan imtina edib.

FED.az yay ayı ilə birgə turizm mövsümünün də başlamasını əsas tutaraq bu dəfə Azərbaycanda fəaliyyət göstərən travel şirkətlərdən Türkiyə turlarının qiymətlərini öyrənib.

Qiymətlər 350 manatdan başlayır
“Kral Travel” turizm şirkəti Türkiyə üzrə Antalya, Bodrum, Kuş adası, Marmaris, Çeşme, İstanbul və Kapadokya istiqamətlərində turlar təklif edir. Turizm şirkətindən bildirdilər ki, bu yay ən çox müraciət olunan tur paketlər İstanbul, Antalya və Bodrum istiqamətləri üzrədir. Minimum tur müddəti 3 gecədir, maksimum isə 10-15 gün. Bu istiqamətlər üzrə əsasən 3 gecəlik sifarişlər olur. İstanbula 3 gecəlik 1 nəfər üçün tur paket qiyməti 350 manatdan, Antalyaya 403 dollardan, Bodruma isə 775 dollardan başlayır. Bu qiymətlərə avia-bilet, hotel, transfer, sığorta və qidalanma daxildir.
“Kral Travel”dən bildirdilər ki, Türkiyədə dolların bahalaşmağı, bu şirkətin əməkdaşlıq etdiyi Türkiyə hotellərinin qiymətinə təsir etməyib.
 
52 günlük tur paket də alırlar
“Gezz Travel” turizm şirkətində Türkiyəyə Antalya, Bodrum, Kuş adası, Marmaris, Fethiye, İstanbul və Kapadokya istiqamətləri üzrə tur paketlər təklif olunur. Tur müddət 3 gündən başlayır. Buradan hətta 52 günlük tur alanlar da var. Şirkətin məlumatına görə, müştərilərin ən çox müraciət etdikləri tur paketlər Antalya, İstanbul və Bodrum istiqamətləri üzrədir. Ən çox 7 gecəlik tur alınır. “Gezz Travel”də Antalyaya 1 nəfər üçün 7 gecəlik  tur paket qiyməti 363 dollara, İstanbula 387 dollara, Bodruma isə 500 dollaradır. Bu qiymətlərə hotel, bilet, transfer, sığorta və 3 dəfə qidalanma daxildir.
“Gezz Travel”dən bildirdilər ki, Türkiyədə son vaxtlar dolların bahalaşması bu turizm şirkətlərinin əməkdaşlıq etdiyi hotellərin qiymətinə təsir göstərməyib.
 
Türkiyə hotellərinin qiyməti 3% bahalaşıb
“Millenium Travel” turizm şirkətlərində Türkiyə üzrə əsasən Antalya, Bodrum, Kuş adası, Marmaris, İstanbul, Çeşme, Kipr istiqamətlərində tur paket təqdim edilir. Məlumata görə, ən çox müraciət olunan tur paketlər Antalya və Bodrum istiqamətləri üzrədir. Minimum tur müddəti 3 gücə, maksimum isə 15 gündür. Şirkətdən bildirdilər ki, müştərilər daha çox 5 gecəlik tur paketlərlə maraqlanır. Antalyaya 5 gecəlik 1 nəfər üçün tur paket qiyməti 400 dollar, Bodruma isə 400-450 dollardır. Bu qiymətlərə avia-bilet, hotel, transfer, sığorta və qidalanma daxildir.
Erkən rezervasiyanın qismən ucuz başa gələ biləcəyini deyən satış meneceri bildirir ki, ötən il ilə müqayisədə 3%-ə qədər bahalaşıb. Onun sözlərinə görə, aprelin 29-u iyun ayı üçün 9 gecəlik Antalyaya tur paket 1600 dollara satılıb.
 
Ötən il 1500 dollara olan hotelin qiyməti bu il 2500 dollara qalxıb
“Baku Holiday Travel” şirkəti Türkiyəyə Antalya, Bodrum, Kuş adası, Marmaris və İstanbul istiqamətləri üzrə tur paketlər təklif edir. Bu turizm şirkəti tərəfindən tur müddəti üçün limit qoyulmasa da ən çox 7 gecəlik və əsasən də Antalya, Bodrum və Kuş adası istiqaməti üzrə turlar üçün müraciət olunur. Antalyaya 1 nəfər üçün 7 gecəlik tur paket qiyməti 380 dollar, Bodruma 500 dollar, Kuş adasına isə 500-520 dollardır. Bu qiymətlərə
Şirkətin satış meneceri deyir ki, Türkiyə hotellərinin bu ilki turizm mövsüm üçün olan qiymətləri ötən il ilə müqayisədə bahalaşıb. Onun sözlərinə görə, ötən yay 1500 dollara olan hotelin qiyməti bu il 2000-2500 dollara yüksəlib. Bildirilir ki, bu qiymət bahalaşması yalnız Azərbaycana aiddir. Türkiyə tərəfi Rusiya üçün daha uyğun qiymətlər tərtib edib. Buna səbəb də Rusiyadan Türkiyəyə gələn turist sayının daha çox olmasıdır.
 
833 dollara Marmaris turu
“Go Travel” şirkəti də Türkiyəyə Antalya, Bodrum, Kuş adası, Marmaris və İstanbul istiqamətləri üzrə tur paketlər təklif edir. Bu turizm şirkətindəki turların müddəti minimum 3 gecəlik, maksimum isə 7 gecəlikdir. Türkiyəyə tur üçün müraciət edən müştərilər əsasən 7 gecəlik və Antalya, Marmaris, Bodrum istiqamətləri üzrə tur paket alırlar. Antalyaya 1 nəfər üçün 7 gecəlik tur paket qiyməti 650 dollara, Marmarisə 833 dollara, Bodruma isə 662 dollaradır. Bu qiymətlərə hotel, bilet, transfer və sığorta daxildir.
Şirkətdən verilən məlumata görə, lirənin dəyər itirməsi ilə Türkiyə hotellərinin qiyməti 10%-ə qədər bahalaşıb. Səbəblər isə eynidir, Türkiyə məxsusi olaraq Azərbaycan tərəf üçün qiymətləri bahalaşdırıb.
 
Antalya, Bodrum, Marmaris – 1985 dollar
“Khazar Travel” şirkəti Türkiyəyə Antalya, Bodrum, İstanbul, Kuş adası, Marmaris və Fethiye istiqamətləri üzrə tur paketlər təklif edir. Şirkətdən verilən məlumata görə, burada tur müddətinə məhdudiyyət qoyulmur, maksimum isə 7 gecəlik olur. Müraciət edənlər isə ən çox 7 gecəlik, əsasən də Antalya, Bodrum və Marmaris istiqamətləri üzrə tur paket alırlar. Antalyaya, Bodruma və Marmarisə 2 nəfər üçün 7 gecəlik tur paket qiyməti standart olaraq 1985 dollardır.
Satış menecerinin sözlərinə görə, bu il Türkiyə hotellərinin qiyməti qismən bahalaşıb. Belə ki, ötən ilin yay ayında 1 nəfər üçün bir gecə 500 dollara olan hotelin qiyməti indi 700 dollardır.
 
Hotellərin 50%-i rus turistlərlə dolub
“Atlas Travel” şirkəti Türkiyəyə Antalya, Bodrum, İstanbul, Fethiye, Kuş adası, Çeşme və Marmaris istiqamətləri üzrə tur paketlər təklif edir. Bu turizm şirkətinin tur paketlərində zaman məhdudiyyəti yoxdur. Müştərilə daha çox 7 gecəlik, əsasən də Antalya və Bodrum istiqaməti üzrə tur paket alırlar. Antalyaya 1 nəfər üçün 7 gecəlik tur paket qiymətləri 390 dollardan, Bodruma isə 490 dollardan başlayır.
Şirkətin satış menecerinin sözlərinə görə, bu il Türkiyə istiqamətində tur üçün müraciət edənlərin sayı ötən il ilə müqayisədə artıb. Buna baxmayaraq yenə ötən il ilə müqayisədə Türkiyə hotellərinin qiyməti bahalaşıb. Menecer deyir ki, ötən 2 il müddətində Türkiyə Rusiya, Ukrayna və Qazaxıstandan turist qəbul etmirdi və Azərbaycan istiqamətindən gələn turistlər üçün hotellər aşağı qiymət təklif edirdi. Amma bu il Rusiya, Ukrayna və Qazaxıstandan Türkiyəyə gedən turistlərə ucuz, azərbaycanlı turistlərə isə yüksək qiymətlər təklif olunur. Onun sözlərinə görə, Türkiyə hotellərinin artıq 50%-i rus turistlərlə dolub.
 
Qardaş Türkiyə hotelləri ruslara ucuz, bizə baha
“Aristokrat Travel” şirkəti Türkiyəyə Antalya, Bodrum, İstanbul, Alanya, Kəmər, Kuş adası, Marmaris və Fethiye istiqamətləri üzrə tur paketlər təklif edir. Bu tur paketlərin müddəti 1 gecədən 20 gecəyə qədərdir. Ən çox müraciət olunan turlar isə İstanbul və Antalya istiqamətləri üzrədir. İstanbula 2 nəfər üçün 5 gecəlik tur paket qiyməti 700-800 dollara, Antalyaya 2 nəfər üçün 7 gecəlik tur paket qiyməti isə 800-900 dollaradır.
Turizm şirkətindən bildirdilər ki, ötən ilin nəticələri ilə müqayisədə bu il xaricə getmək üçün müraciət edən turis sayı azalıb. Satış menecerinin sözlərinə görə, Türkiyədəki hotel qiymətləri də ötən il ilə müqayisədə bahalaşıb. Menecer deyir ki, Türkiyə hotelləri Rusiyaya daha ucuz qiymətlərlə təklif olunur, Azərbaycana isə baha verilir.

Türkiyədə istirahət etmək istəyənlər azalıb
“Paşa Travel” şirkəti Türkiyəyə Bodrum, Antalya, Alanya, Marmaris, Kuş adasl, Fethiye, Belek və Kemer istiqamətləri üzrə tur paketlər təklif edir. Şirkətin məlumatına görə turlara vaxt məhdudiyyəti qoyulmur. Bu şirkətə daha çox 2 nəfərli və 7 gecəlik turlar üçün müraciət edilir və əsasən Bodrum ilə Antalya istiqamətlərinə üstünlük verilir. Antalyaya və Bodruma 2 nəfər üçün 7 gecəlik tur paket qiyməti standart olaraq 1200-1300 manatadır.
Satış meneceri bildirdi ki, əməkdaşlıq etdikləri Türkiyə hotellərinin qiymətində bu il üçün hər hansı bir artım qeydə alınmasa da Türkiyəyə getmək üçün müraciət edən turist sayı azalıb.
 
Türkiyə hotelləri 250 dollar bahalaşıb
“Vector Travel” şirkəti də Türkiyə üzrə Antalya, Bodrum, Kuş adası, Marmaris, İstanbul və Çeşme istiqamətlərində tur paketlər təklif edir. Yay ayları üçün nəzərdə tutulmuş tur paketlərin müddəti 2 gecədən başlayır. Müraciət edənlər isə daha çox 6 gecəlik paketlərə üstünlük verirlər. Ən çox müraciət olunan tur paketlər də Antalya və Bodrum istiqamətləri üzrədir. Antalyaya 2 nəfər üçün 6 gecəlik tur paket qiyməti 840 dollar, Bodruma isə 1290 dollardır. Məlumata görə, Bodruma birbaşa reyslər iyunun 16-dan başlayacaq.
Şirkətin satış meneceri deyir ki, müraciət edənlərin sayı erkən rezervasiyalara əsasən ötən il ilə müqayisədə eynidir. Ehtimal olunur ki, yay aylarında satış bir az artacaq.
Bu turizm şirkəti də Türkiyə hotellərinin bu mövsümdə qiymətləri həddən artıq bahalaşdırdığını birldirir. Menecerin sözlərinə görə ötən il 7 gecəlik hotel 400 dollara idisə, bu il həmin tarixə olan qiymət 650 dollardır.
 
Məmməd Ağayev

 
Banner
Banner
  • tur
  • turizm
  • türkiyəyə tur
Paylaş

Digər xəbərlər

Agentliyin yeni idarələri yaradıldı – İşçi sayı 2 qat artdı – FƏRMAN
Turizm 8 Fev 2023
Agentliyin yeni idarələri yaradıldı – İşçi sayı 2 qat artdı – FƏRMAN
Qarabağ Regional Turizm İdarəsi yaradılıb - FƏRMAN
Turizm 8 Fev 2023
Qarabağ Regional Turizm İdarəsi yaradılıb - FƏRMAN
Əcnəbilərə Azərbaycanda yaşamaq üçün - İCAZƏ ŞƏRTLƏRİ DƏYİŞİR
Turizm 8 Fev 2023
Əcnəbilərə Azərbaycanda yaşamaq üçün - İCAZƏ ŞƏRTLƏRİ DƏYİŞİR
“PMD”nin hotelinə yeni rəhbər - TƏYİN EDLİB
Turizm 6 Fev 2023
“PMD”nin hotelinə yeni rəhbər - TƏYİN EDLİB
Bakıdan uçan təyyarə İstanbula çatmadan - BAŞQA ŞƏHƏRƏ ENİŞ ETDİ
Turizm 5 Fev 2023
Bakıdan uçan təyyarə İstanbula çatmadan - BAŞQA ŞƏHƏRƏ ENİŞ ETDİ
“Buta Airways” Rusiyanın məşhur kurortuna - UÇUŞLARA BAŞLAYIR - QİYMƏT
Turizm 2 Fev 2023
“Buta Airways” Rusiyanın məşhur kurortuna - UÇUŞLARA BAŞLAYIR - QİYMƏT
Daşkənddən Ərəb Əmirliklərinə təyyarə reysi açılıb – BİLET 45 DOLLAR
Turizm 2 Fev 2023
Daşkənddən Ərəb Əmirliklərinə təyyarə reysi açılıb – BİLET 45 DOLLAR
Ötən il turistlərə bilet satışından əldə edilən vəsait - AÇIQLANDI
Turizm 2 Fev 2023
Ötən il turistlərə bilet satışından əldə edilən vəsait - AÇIQLANDI
AZAL Vyanaya yeni reys açır – BİLETLƏRİN QİYMƏTİ
Turizm 2 Fev 2023
AZAL Vyanaya yeni reys açır – BİLETLƏRİN QİYMƏTİ
AZAL Bakıdan Vyanaya birbaşa reyslər - HƏYATA KEÇİRƏCƏK
Turizm 1 Fev 2023
AZAL Bakıdan Vyanaya birbaşa reyslər - HƏYATA KEÇİRƏCƏK
PASHA Holding-in yeni açılan hotelinə rəhbər - TƏYİN EDİLİB
Turizm 31 Yan 2023
PASHA Holding-in yeni açılan hotelinə rəhbər - TƏYİN EDİLİB
Türkiyə bu il 60 milyon turist - 56 milyard dollar gəlir hədəfləyir
Turizm 31 Yan 2023
Türkiyə bu il 60 milyon turist - 56 milyard dollar gəlir hədəfləyir
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Grand Motors Company" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
    21:17 8 Fev 2023
  • Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
    21:08 8 Fev 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1200-1500 MANAT- VAKANSİYA
    21:03 8 Fev 2023
  • "Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
    20:57 8 Fev 2023
  • "Yapi Kredi Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    20:48 8 Fev 2023
  • Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı - 9 MİN NƏFƏRİ KEÇDİ
    19:34 8 Fev 2023
  • Ermənistanla İran Laçın və Qubadlıya - HÜCUMA HAZIRLAŞIR
    19:32 8 Fev 2023
  • "Bakcell"dən Türkiyəyə dəstək - XÜSUSİ AVADANLIQLAR GÖNDƏRDİ
    19:09 8 Fev 2023
  • Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!
    19:01 8 Fev 2023
  • Türkiyədə zərərçəkənlərə humanitar yardım kampaniyasına - “CƏNUB TAXİ 1635” ŞİRKƏTİ DƏ QOŞULDU
    18:34 8 Fev 2023
  • DİQQƏT! AFAD-a ianə etmək üçün görüntüdə qeyd olunan addımları izləyin! - VİDEO
    18:06 8 Fev 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:58 8 Fev 2023
  • "Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"
    17:51 8 Fev 2023
  • "Azdizayn Group" şirkəti - ŞİRKƏTİ MƏHKƏMƏYƏ - VERİLDİ - SƏBƏB
    17:44 8 Fev 2023
  • Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait - AÇIQLANIB
    17:43 8 Fev 2023
  • Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı - FOTO
    17:38 8 Fev 2023
  • "Liqui Moly" satış mağazasına təcili işçi axtarır - VAKANSİYA
    17:34 8 Fev 2023
  • "Şimal Servis" bu qurumdan 900 min manatlıq – SİFARİŞ ALIR
    17:34 8 Fev 2023
  • Dövlət qurumu ofis icarəsi üçün fiziki şəxsə 426,9 min manat ödəyəcək
    17:27 8 Fev 2023
  • Təcili: Bəzi məhsullar gömrük rüsumundan azad edildi – YENİ QƏRAR
    17:24 8 Fev 2023
  • Unibank: Türkiyəyə ianə köçürmələrindən - VERGİ VƏ KOMİSSİYA TUTULMUR
    17:19 8 Fev 2023
  • Dövlət qurumu təmizlik işləri ilə bağlı - TENDER ELAN ETDİ
    17:18 8 Fev 2023
  • Dövlət Əmək Müfəttişliyi bina sahəsi - İCARƏYƏ GÖTÜRÜR
    17:12 8 Fev 2023
  • Naxçıvan DYP-yə yeni rəis - TƏYİN OLUNDU
    17:12 8 Fev 2023
  • Nazirlikdən pensiya artımı ilə bağlı - AÇIQLAMA
    17:03 8 Fev 2023
  • «STATUS Sığorta Brokeri» daha bir ili – ZƏRƏRLƏ BAŞA VURUB – KAPİTALI MƏNFİYƏ DÜŞÜB - HESABAT
    16:57 8 Fev 2023
  • “Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən - KOMİSSİYA TUTMAYACAQ
    16:49 8 Fev 2023
  • Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib - FOTO
    16:39 8 Fev 2023
  • İnnovasiyalar Mərkəzi – AUDİTOR SEÇİR
    16:38 8 Fev 2023
  • İcra Hakimiyyəti Novruz bayramının keçirilməsi ilə bağlı - KOTİROVKA ELAN ETDİ
    16:29 8 Fev 2023
  • Ərdoğan İlham Əliyevə - TƏŞƏKKÜR EDİB
    16:29 8 Fev 2023
  • İlham Əliyev Türkiyəyə yardım ilə bağlı Administarasiya rəhbərinə - TAPŞIRIQ VERDİ
    16:24 8 Fev 2023
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində bu şirkətə 5 milyonluq sifariş - TENDER NƏTİCƏSİ
    16:19 8 Fev 2023
  • "Bakı, Naxçıvan və digər şəhərlərdə çarpayılar ayrılıb, Türkiyədən xəstələri gətirməyə hazırıq"
    16:15 8 Fev 2023
  • Təmir işləri ilə bağlı – TENDER ELANI
    16:12 8 Fev 2023
  • Prezident: “SOCAR əlində olan bütün imkanlarla Türkiyəyə yardım etməyə çalışır və çalışacaq”
    16:10 8 Fev 2023
  • Azərbaycan Prezidenti: "Türkiyəyə həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək"
    16:07 8 Fev 2023
  • İlham Əliyev Türkiyə səfirliyinə getdi - BAŞSAĞLIĞI VERDİ - YENİLƏNİB
    16:01 8 Fev 2023
  • Bakıda əhali ərzaq, içki və siqaretə 19 milyard manata yaxın - PUL XƏRCLƏYİB
    15:54 8 Fev 2023
  • “Azərkosmos” Agentliyi - TENDER ELAN ETDİ
    15:48 8 Fev 2023
  • 1 ayda 625 milyon dollardan çox gəlir
    15:48 8 Fev 2023
  • Malatyada - ZƏLZƏLƏ OLUB
    15:43 8 Fev 2023
  • Silsilə tədbirlərin təşkili ilə bağlı - TENDER ELANI
    15:40 8 Fev 2023
  • AccessBank-dan - TÜRKİYƏYƏ DƏSTƏK
    15:32 8 Fev 2023
  • Nazirlik dəftərxana ləvazimatları kartriclər alır - TENDER ELANI
    15:31 8 Fev 2023
  • Türkiyəli nazir: "Dağılan binaların tikintisində səhlənkarlığa yol verənlər həbs ediləcəklər"
    15:27 8 Fev 2023
  • Ərdoğan zəlzələ bölgəsindədir - Hər ailəyə - 10 MİN DƏSTƏK - 1 İLƏ YENİ BİNALAR TİKİLƏCƏK
    15:20 8 Fev 2023
  • Azərbaycan Banklar Assosiasiyasının – Türkiyədəki Zəlzələ ilə bağlı Bəyanatı
    15:17 8 Fev 2023
  • Ərdoğan zəlzələdən zərərçəkənlərə - Maliyyə Yardımı ediləcəyini Bildirib
    15:14 8 Fev 2023
  • Dövlət agentliyi 9 260 litr benzin alır - KOTİROVKA SORĞUSU
    15:08 8 Fev 2023
  • Türkiyədə zəlzələdən zərər görənlər üçün yardım kampaniyası Bakıda iki ünvanda - TƏŞKİL EDİLİB
    15:08 8 Fev 2023
  • Ceyhan limanında gəmilərə neft yüklənməsi – BƏRPA EDİLDİ
    15:05 8 Fev 2023
  • Agentliyin yeni idarələri yaradıldı – İşçi sayı 2 qat artdı – FƏRMAN
    15:01 8 Fev 2023
  • Türkiyə Prezidenti: "Zəlzələdə 8574 nəfər həlak olub, 49 133 nəfər yaralanıb"
    14:58 8 Fev 2023
  • İlham Əliyev Türkiyə səfirliyinə getdi - BAŞSAĞLIĞI VERDİ
    14:54 8 Fev 2023
  • İcbari tibbi sığortada mühüm yenilik 2024-cü ilə qaldı - MÜŞTƏRƏK MALİYYƏLƏŞMƏ – PREZİDENTDƏN FƏRMAN
    14:47 8 Fev 2023
  • Ədliyyə Nazirliyinin Pentensiar Xidməti – TENDER ELAN ETDİ
    14:45 8 Fev 2023
  • Qarabağ Regional Turizm İdarəsi yaradılıb - FƏRMAN
    14:44 8 Fev 2023
  • Azərbaycanda minimum əmək pensiyası 280 manat oldu - FƏRMAN
    14:41 8 Fev 2023
  • “Aynur-119” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:37 8 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!