Türkiyə 2023-cü ilin 7 ayı ərzində 30 milyon 93 min 446 turist qəbul edib.
"Burada 500 avro xərcləməkdənsə, Misirdə 250 avroya istirahət edirlər" - Türkiyədə turizm bahalaşdı
FED.az Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 7 ayda Türkiyəyə gələn turistlərin 26 milyon 766 min 240 nəfəri əcnəbi, 3 milyon 327 min 206 nəfəri isə xaricdə yaşayan vətəndaşlar olub.
Yanvar-iyul dövründə Türkiyəyə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,22% artıb.
Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya Federasiyası 59,22% artım və 3 milyon 498 min 614 nəfərlə birinci yerdədir.
Almaniya 3 milyon 211 min 724 nəfərlə ikinci (7,32% artım), İngiltərə (Birləşmiş Krallıq) 2 milyon 63 min 740 nəfərlə üçüncü (14% artım) olub. Növbəti yerlərdə Bolqarıstan və İran gəlir.
Bu dövrdə 30 milyon 93 min 446 turist qəbul edən Türkiyə, 2019-cu ildə qeydə alınmış 26 milyon 524 mini keçərək yeni bir turist rekorduna imza atıb.
İyul ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 7,25% artaraq 7 milyon 148 min 44 nəfər olub. Bu rəqəm iyul ayında ən çox xarici turist sayı kimi qeydə alınıb (Marja)