Gələn ildən etibarən Türkiyəyə gələn xarici turistlərdən adambaşına 1,5 avro vergi tutulacaq. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə bu verginin 3 avro olması nəzərdə tutulsa da, sonradan bu məbləğ endirilib.
TÜRSAB ( Türkiyə Agentliklər Birliyi) beynəlxalq sərnişinlərdən alınacaq 3 avroluq təhlükəsizlik vergisinin 1,5 avroya endiriləcəyini açıqlayıb.
TÜRSAB'dən edilən şərhdə, Dövlət Hava Meydanları Ümumi Əməliyyatlar İdarəsi-nə görə, beynəlxalq sərnişinlərədən 1 Yanvar 2019-dan etibarən sərnişin başına 3 avro təhlükəsizlik ödənişi alınacağının açıqladığını xatırladaraq,təhlükəsizlik vergisinin endirilməsi üçün Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoyun müdaxilə etdiyi , Nəqliyyat və İnfrastruktur Nazirliyi-dən gələn tələbə görə təhlükəsizlik vergisinin 1,5 avroya qədər azaldıldığı qeyd edildi.
Eləcə də bax: Türkiyə vətəndaşlığı almaq - QAYDASI DƏYİŞİR
Şərhdə, TÜRSAB Sədri Firuz Bağlıkaya'nın iştirak etdiyi bir televiziya kanalında, "Beynəlxalq mənada bizim rəqabət etdiyimiz ölkələrlə ən əhəmiyyətli avantajlarımızdan biri keyfiyyət-qiymət tarazlığıdır. Oktyabr ayından etibarən 3 aydır xaricdə 2019-ci ilin paketləri satılır. Milyonlarla sərnişinə əlavə vergi hesablanmadan paketlər satıldı. Hər bir adam başına 3 avro önəmsiz rəqəm kimi görünə bilər, lakin 1 milyon, 2 milyon turist gətirən operatorlar üçün ciddi bir maliyyə yükü gətirəcək. " sözlərinə yer verdiyini xatırlatdı.
Mədəniyyət və Turizm Naziri Ərsoyun, turizmə mənfi təsir edə biləcək bu vəziyyəti Nəqliyyat və İnfrastruktur naziri Cahit Turana çatdırdığı köçürülən şərhdə, bu ifadələrə yer verildi:
Müsahibənin sonunda, 3 avro olan təhlükəsizlik vergisini 1,5 avroya endirilməsinə qərar verildi. Turizm agentliklərinin tələblərinə sürətli həll ilə təmin edən Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy-a, Nəqliyyat və İnfrastruktur Naziri Cahit Turan-a verdikləri dəstək üçün təşşəkkür etməyi borc bilirik. TÜRSAB, 2019-cu ildə ölkəmizə daha çox xarici turistin gətirməlisinə çalışamağa davam edəcəyik.”