Turizm

Türkiyəyə gedən azərbaycanlıların sayı bir ayda 60 mini keçib

Türkiyəyə gedən azərbaycanlıların sayı bir ayda 60 mini keçib | FED.az
08:13 1 May 2019

2019-cu ilin martında Azərbaycandan Türkiyəyə 60,9 min turist səfər edib. FED.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 5,35 faiz çoxdur.

Qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 2,73 faiz təşkil edib.

Bu ilin birinci rübündə Türkiyəyə 158,4 min azərbaycanlı turist səfər edib ki, bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 2,69 faiz çoxdur.

Nazirlikdən deyilib ki, ümumilikdə mart ayında Türkiyəyə 2,746 milyon turist səfər edib. Bu, 2018-ci ilin mart ayı ilə müqayisədə 6,39 faiz çoxdur.

Eləcə də bax: Əcnəbilərin Azərbaycanda qalması neçəyə başa gəlir? - DÖVLƏT RÜSUMLARI

Digər xəbərlər

Banner