Banner

Turizm

Türkiyəyə gedən azərbaycanlıların sayı - AZALIB

Türkiyəyə gedən azərbaycanlıların sayı - AZALIB | FED.az
20:42 5 Mart 2019

2019-cu ilin yanvarında Azərbaycandan Türkiyəyə 46,8 min turist səfər edib.

FED.az-ın məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 2,45 faiz azdır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 3,05 faiz təşkil edib.

Ümumilikdə ötən ay Türkiyəyə 1,539 milyon turist səfər edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 5,33 faiz çoxdur.

Həmin müddətdə Türkiyəyə ən çox turist Bolqarıstandan (113,8 min) və Gürcüstandan (112,3 min) gəlib.

Digər xəbərlər

Banner