2023-cü ilin noyabr ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 4 faiz artaraq, 3 milyon 969 min 261 nəfər olub.
Şuşadakı otellər də bahalaşdı: Yeni il şənliyi 2500-3500 MANATA BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat verib.
Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 11 faiz artaraq 2 milyon 183 min 914 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz azalaraq 1 milyon 785 min 347 nəfər təşkil edib.
Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 42 min 745 ton təşkil edib. Bununla yanaşı, noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 19 min 37 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 23 min 708 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 37 min 864 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 19 faiz artaraq 21 min 654, beynəlxalq reyslər üzrə isə 2 faiz azalaraq 16 min 210 olub.
2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib. (Trend)