Tükiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” martın 19-dan İstanbul-Bakı-İstanbul istiqamərində müntəzəm uçuşlara başlayacaq.
Eləcə də bax: Türkiyə aviasərnişinlərin məcburi test tələbinin - Müddətini Uzadıb
FED.az aviaşirkətə istinadən xəbər verir ki, aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Təyyarələr Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Hava Limanından qalxacaq və ora geri dönəcək. (Report)