Türkiyənin Antalya şəhərində Rusiyadan turist daşımaq üçün ikinci aviaşirkət yaradılacaq.
FED.az xəbər verir ki, həmin şirkətın adı "MGA Aviation" olacaq.
Məlumata əsasən, "MGA Aviation" Mülki Aviasiya Baş İdarəsindən ilkin razılıq alıb.
Proses sürətlə davam edir və aviaşirkətin yaradılmasının qısa müddətdə başa çatdırılması planlaşdırılır. Bildirilib ki, uçuşlarda dörd təyyarə iştirak edəcək: iki Boeing 737-900 və iki Boeing 777.
Gələcəkdə "MGA Aviation" digər bazarlara da çıxmağı planlaşdırır.