Türkiyəyə turist axını gücləndikcə, ölkənin turizmdənr gəlirləri də artmaqdadır.
FED.az xəbər verir ki, Türkiyə Otellər Birliyinin (TUROB) son hesabatına görə, 2023-cü ildə xarici turistlərin sayı 10,4% , turizmdən gələn gəlirlər isə 17% artıb.
Belə ki, 2022-ci ildə Türkiyəyə 51,4 milyon turist gəlmişdi, ölkənin turizm gəlirləri 46,5 milyard dollar olub. Bir turistin Türkiyədə istirahətə sərf etdiyi məbləğ 904 dollar təşkil edib.
2023-cü ildə isə ölkəyə 56,7 milyon turist gəlib, turizm gəlirləri 54,3 milyaprd dollara yüksəlib. Bir turistin istirahəti üçün xərc 958 dollara yüksəlib.
2023-cü ilin nəticələrinə görə, turistlərin Türkiyədə istirahət vaxtı azalaraq 2022-ci ildəki 10,8 sutkadan 9,8 sutkaya enib.
Bu məbləğin 41,6 milyard manatı turistlərin şəxsi xərcləri, 13,25 milyard manat isə turist səyahətinin alınmasına sərf edilib.
2024-cü ildə isə 60 milyon turist və 60 milyard dollar turizm gəliri gözlənilir. Turist axınında İstanbul liderlik edir, sonrakı yerləri Antalya və Muğla tutur.