Türkiyədə 2022-ci ilin fevral ayından etibarən beş ulduzlu “Cappadocia Express” turist qatarının fəaliyyətə başlaması gözlənilir.
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı avqustda - 3 Dəfəyə Yaxın Artıb
FED.az xəbər verir ki, Türkiyənin tarixi Kapadokya bölgəsinə gedəcək bu qatarların İstanbul və Ankaradan hərəkət etməsi planlaşdırılır.
Yaponiyanın “HIS Travel” turizm qrupu ilə Türkiyənin “Sun Group” şirkətinin birgə ərsəyə gətirdiyi bu qatar Türkiyənin ən böyük özəl dəmir yolu turizmi layihəsidir. “Cappadocia Express” layihəsinin ilkin sərmayəsi 40 milyon avro təşkil edir. On iki vaqondan ibarət olması nəzərdə tutulan qatarın beş ulduzlu otel standartlarına cavab verəcəyi bildirilir.
Gələcəkdə layihənin Türkiyənin Qara dəniz bölgəsi istiqamətində davam etdirilməsi gözlənilir.(AZƏRTAC)