Türkiyə Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində əcnəbilərin vətəndaşlıq əldə etməsini çətinləşdirmək niyyətindədir.
Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları daşınmaz əmlakın - SAYI AZALIB
FED.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri diplomatik mənbələrə istinadən yazır.
“Türkiyənin immiqrasiya siyasətində yeni addımın atılması planlaşdırılır. Bununla əlaqədar sığınacaq axtaran şəxslərə, xüsusilə də suriyalılara Türkiyə vətəndaşlığının verilməsinin çətinləşdirilməsi istiqamətində işlər aparılır. Yəni bundan sonra Türkiyə sığınacaq axtaranlara vətəndaşlıq verilməsində daha diqqətli olacaq”, - deyə qəzet yazır.
Nəşr qeyd edir ki, Türkiyə vətəndaşlığını alıb Avropaya gedənlər var. Aİ-Türkiyə əməkdaşlığı çərçivəsində miqrant axınını nəzarətdə saxlamaq mümkün olacaq.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün ölkədə 5 milyona yaxın miqrant yaşayır.
Türkiyədə ən azı $400 min məbləğində daşınmaz əmlak əldə etməklə ölkə vətəndaşlığını almaq olar. (İnterfaks-Azərbaycan)