Türkiyəyə 2023-cü ilin 8 ayında cəmi 36 milyon 754 min 146 nəfər gəlib. Gələnlərin 33 milyon 426 min 940 nəfərini əcnəbi, 3 milyon 327 min 206 nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib.
Azərbaycana turist axını - 34% ARTIB
FED.az Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına itinadən xəbər verir ki, Türkiyəyə gələn ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,95 faiz artım olub.
İlk 8 ayda Türkiyəyə ən çox Rusiya, Almaniya, Birləşmiş Krallıq, Bolqarıstan və İran vətəndaşları səfər edib. (Marja)