Turizm

Türkiyə 30-dan çox dünya şəhərinə uçuşları - Bərpa Edir

Türkiyə 30-dan çox dünya şəhərinə uçuşları - Bərpa Edir | FED.az
08:07 17 Avq 2020

“Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb.

Eləcə də bax: “Türk Hava Yolları” aviaşirkəti pandemiya dövründə dəyən - Zərəri Açıqlayıb

FED.az xəbər verir ki, plana əsasən iyunun 11-dən aviareysləri mərhələli şəkildə bərpa edən şirkət sentyabrın 1-dən etibarən Rusiya, Gürcüstan, İran, Kanada, Madaqaskar, Estoniya, Vyetnam, Səudiyyə Ərəbistanı, Əlcəzair, Əfqanıstan, İraq, Hindistan, Bəhreyn, İordaniya, Türkmənistan, Litva, Monqolustan, Yunanıstan, Mərakeş, Oman, Nigeriya, Cənubi Afrika və dünyanın bir sıra ölkələrinə uçuşlar həyata keçirəcək.

“Türk Hava Yolları”ın açıqlamasında istifadə edilməyən biletlərin dəyişdirilməsi ilə bağlı şirkətin rəsmi internet səhifəsində ətraflı məlumatın verildiyi bildirilir. (Azərtac)

Digər xəbərlər

Banner