Türkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines” doqquzuncu dəfə “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb.
FED.az xəbər verir ki, bu barədə türk aviaşirkətinin mətbuat xidməti bildirib. .
Qərar avianəqliyyat xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsində ixtisaslaşan “Skytrax” beynəlxalq təşkilat tərəfindən qəbul edilib. “Skytrax” mükafatlarının qaliblərinin elan edilməsi mərasimi Londonda keçirilib.
Məlumata əsasən, türk aviaşirkəti “Dünyada ən yaxşı biznes-sinif yemək xidmətləri” və “Cənubi Avropanın ən yaxşı aviaşirkəti” nominasiyalarında da mükafata layiq görülüb.
“Turkish Airlines” şirkətinin baş direktoru Bilal Ekşi “Skytrax”ın qərarını Türkiyənin aparıcı aviadaşıyıcısının bütün personalının gərgin komanda işinin nəticəsi adlandırıb. (Azərtac)