“Böyük köç”dən sonra “Türk Hava Yolları”nın İstanbul hava limanından ilk uçuşu yerli vaxtla saat 14:26-da Ankaranın Esenboğa hava limanına həyata keçirib.
FED.az xəbər verir ki, aviasiya tarixində unikal hadisə olan İstanbulun Atatürk hava limanının İstanbul hava limanına köçürülməsi işlərinin ilk mərhələsi ötən ilin oktyabr ayında başlayıb. Nəhəng köçün 45 saatlıq son mərhələsi bu gün saat 23:59-da başa çatacaq. Atatürk hava limanından sonuncu sərnişin reysi İstanbuldan Sinqapura olub.