Türk Hava Yolları İstanbul–İrəvan–İstanbul marşrutu üzrə uçuşlara başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “Zvartnots” beynəlxalq aeroportunun rəsmi “Facebook” səhifəsində məlumat verilib.
“Bu gün İstanbul beynəlxalq aeroportundan gələn “Turkish Airlines”in start reysi “Zvartnots” beynəlxalq aeroportuna enib”, – paylaşımda bildirilib.
İstanbul–İrəvan–İstanbul marşrutu üzrə reyslər gündəlik həyata keçiriləcək.
FED.az xəbər verir ki, İstanbul-Yerevan reysleri üzrə bir tərəfə uçuş qiyməti 3200 lirə və ya 130 manatdan başlayir












