Turizm

Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq

Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq | FED.az
13:17 11 Sen 2020

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Türkiyənin aparıcı turizm qurumlarının dəstəyi ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

FED.az xəbər verir ki, Türk Dövlətlərinin Turizm Təşkilatının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsi və eləcə də bu potensialın dünyaya yayılmasıdır.

Hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.

Digər xəbərlər

Banner