Azərbaycanda turizm şirkətləri - turoperator və turagentlər tərəfindən müştərilərə turpaketlər yalnız müqavilə ilə satılacaq.
Eləcə də bax: Azərbaycanda turizmlə məşğul olanlar – BİR YERƏ TOPLANACAQ – REYESTR YARADILIR
FED.az xəbər verir ki, bu barədə Turizm Reyestrindən istifadə qaydalarında nəzərdə tutulur.
Qaydalara görə, Reyestrə ölkədəki bütün turizm subyektləri barədə məlumatlar toplanacaq. Turoperator və turagent barədə məlumatlar daxil ediləndə onlarla bağlı digər göstəricilərlə yanaşı əlavə məlumatlar da tələb olunacaq. Bunlar Mülki Məcəlləsinə uyğun olaraq öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülki məsuliyyət sığortası barədə məlumat (olduğu halda), fəaliyyət növü, fəaliyyət istiqaməti, turistlərin (alıcıların) turoperator və ya turagent tərəfindən göstərilən turizm xidmətlərinə dair şikayətlərinin idarə edilməsi, turistlərlə (alıcılarla) bağlanılmış müqavilələrin ləğvi və kompensasiya siyasəti kimi məsələlərdir.