Azərbaycanda 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə baş verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin ilk 6 ayında ölkəyə gələn turistlər azalıb, otellərdə gecələmələrin faizi aşağı düşüb, nəticədə otellərin gəlirlərində də geriləmə baş verib. İlk 6 aydva otellərin cəmi gəliri 279 milyon manat olub.
Belə ki, bu ilin yanvar-iyun aylarında hotellərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, otellərdə gecələmələrin böyük hissəsi yenə də Bakının payına düşüb – təqribən 59 faiz.
Bakıdan sonra turistlər ən çox Qusara (gecələmələrin 5,9 faizi), Naftalana (5,5 faiz), Qəbələyə (3,4 faiz) və Qubaya (3,1 faiz) üz tutublar.
Gecələmələrin 3,0 faizi Lənkəranda, 2,1 faizi Xaçmazda, 1,9 faizi Gəncədə, 1,8 faizi Şuşada, 1,5 faizi Şamaxıda, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şabranda, 1,1 faizi Masallıda və 9,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.
Azalmanın əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayının azalma və onların htellərdə keçirdiyi günlərin aşağı düşməsidir. Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 069,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 faizini təşkil edir.
Hotellərdə gecələmələrin ümumi sayının 14,1 faizi Türkiyə, 13,0 faizi Rusiya Federasiyası, 7,1 faizi Hindistan, 6,9 faizi İsrail, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Çin, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Özbəkistan, 3,8 faizi Pakistan, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Böyük Britaniya, 2,3 faizi ABŞ, 1,7 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, 0,8 faizi İran, 0,7 faizi Koreya Respublikası, 0,7 faizi Ukrayna, 23,6 faizi isə digər ölkələrin payına düşüb.
Xarici turistlərin 82%-i Bakıdakı otelləri seçir. Turistlərin 5,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 2,1 faizi Qəbələdə, 1,0 faizi Qubada, 3,8 faizi isə digər şəhərlərdəki hotellərdə qalıblar.
Ümumilikdə Azərbaycan hotellərindən istifadə edənlərin 60%-i xaricilər, 40%-i yerli vətənldaşlar olub.
Turist sayının azalması hotellərin gəlirlərini də aşağı salıb. Belə ki, ilk 6 ayıda hotellər cəmi 279 milyon manat gəlir əldə ediblər. Bu da əvvəlki ilin ilk yarısına nisbətən 11 milyon manat və ya 3,8% azdır.
Hotellərin qazancı əsasən nömrələrin satışından (61,1 faiz), iaşə xidmətlərindən (26,7 faiz) olub. Gəlirlərin 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərdən əldə edilib.















