Banner

Turizm

Turizm Bürosu da AZAL-dan narazıdır: "Başqa ölkələrdə biletlər bizdən ucuzdur"

Turizm Bürosu da AZAL-dan narazıdır: "Başqa ölkələrdə biletlər bizdən ucuzdur" | FED.az
13:06 1 İyul 2021

“Ölkədə xaricdən turist gəlməsində aviabiletlərin ucuz olması böyük rol oynayır".

Eləcə də bax: AZAL-ın qiymətlərindən xarici iş adamları da narazıdır - AÇIQLAMA

FED.az xəbər verir ki, bunu aviabiletlərin qiymətlərinə münasibət bildirən Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib:

“Digər ölkələrdə aviabiletlər bizdəkindən ucuzdur. Əgər siz onlayn platformalarda qiymətlərə baxsanız görərsiniz ki, Türkiyə-Avropa, Türkiyə-Gürcüstan uçuşları ilə müqayisədə Türkiyə-Azərbaycan uçuşları bahadır. Turistlərin sayının artması üçün rəqabətli mühit olmalıdır. Bununla bağlı tərəfdaşımız olan dövlət qurumları ilə əməkdaşlıq edirik. O cümlədən dövlət aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC) ilə əlaqədəyik. Ümid edirik ki, yaxın günlərdə bu məsələ həllini tapacaq”, - deyə o, qeyd edib. (Report)

Banner
Banner

Digər xəbərlər