Turizm

Koronavirus Çindən Azərbaycana - TURİST AXININI “VURACAQ”?

Koronavirus Çindən Azərbaycana - TURİST AXININI “VURACAQ”? | FED.az
10:56 30 Yan 2020

Çinin Uxan şəhərində yayılmağa başlayan koronavirus qısa zamanda bütün dünyanı narahat etməyə başlayıb. 

Eləcə də bax: "Azərbaycana - 200 MİN ÇİNLİ TURİSTİN GƏLMƏSİ GÖZLƏNİLİRDİ, İTİRDİK"

Bəzi ekspertlər bildirib ki, virusla bağlı 2020-ci il ərzində Azərbaycana gəlməsi nəzərdə tutulan turistlərin sayında ciddi azalma ola bilər. 

FED.az xəbər verir ki, məsələ barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin və Azərbaycan Turizm Bürosunun Çinlə bağlı bütün layihələri, o cümlədən, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” qüvvədədir:

“Çindəki nümayəndəliyimiz hazırda fəaliyyətini davam etdirir. Virusla bağlı məsələlər taktiki dəyişikliklər tələb edir və gələcəkdə də edə bilər. 

Lakin Çin bazarı ilə bağlı strateji tərəfdaşlığımız dəyişməz olaraq qalır. Çin bizim üçün mühüm bazardır və virusla bağlı məsələ həll olduqdan sonra hər şey qaydasına düşəcək”.

Digər xəbərlər