"Columbus Direct" tədqiqat şirkəti 2018-ci ildə dünyanın ən çox yüklənmiş turistik istiqamətlərin reytinqini dərc edib.
FED.az məlumat verir ki, "APA-Economics"in "Columbus Direct"ə istinadən verdiyi məlumata görə, siyahı hazırlanarkən hər bir istiqamət üzrə turistlərin 1 kv. milə (2,59 kv. km) olan sıxlığı hesablanıb. Reytinqin ilk beşliyində iki Asiya və üç Avropa şəhəri yer alıb.
Eləcə də bax: Antalyaya gələn xarici turistlərin sayında - YENİ REKORD
Siyahıya Tailandın Phuket adası başçılıq edir. Sözügedən adaya il ərzində 9,29 mln. turist gəlir (gündə orta hesabla 25 452 ziyarətçi). Turistlərin sıxlığına gəldikdə, Phuketdə 1 kv. milə 5 090 turist düşür. Reytinqin ikinci pilləsinə İspaniyanın Palma-de-Mayorka şəhəri layiq görülüb. Burada 1 kv. milə 2 918 turist düşür. Reytinqin üçüncü yerində Tailandın Pattaya şəhəri (2 762 turist), dördüncü yerində Paris (1 174 turist), beşinci yerində isə Barselona (605) qərarlaşıb.
# |
İstiqamət |
1 kv. milə düşən turistlərin sayı |
1 |
Phuket (Tailand) |
5 090 |
2 |
Palma-de-Mayorka (İspaniya) |
2 918 |
3 |
Paris (Fransa) |
2 762 |
4 |
Pattaya (Tailand) |
1 174 |
5 |
Barselona |
605 |
6 |
Kuala-Lumpur (Malayziya) |
367 |
7 |
Milan (İtaliya) |
344 |
8 |
Osaka (Yaponiya) |
268 |
9 |
Sinqapur (Sinqapur) |
127 |
10 |
Nyu-York (ABŞ) |
119 |
11 |
Seul (Cənubi Koreya) |
112 |
12 |
Banqkok (Tailand) |
91 |
13 |
London (Böyük Britaniya) |
89 |
14 |
Honkonq (Çin) |
58 |
15 |
Məkkə (Səudiyyə Ərəbistanı) |
50 |
16 |
Antalya (Türkiyə) |
47 |
17 |
Tokio (Yaponiya) |
39 |
18 |
Dubay (BƏƏ) |
27 |
19 |
İstanbul (Türkiyə) |
14 |
20 |
Bali (İndoneziya) |
10 |