Azərbaycanda hansı rayonlarda turistlərin restoranlara daha çox pul xərclədiyi məlum olub.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin ictimai iaşə obyektlərindən əldə etdiyi ümumi 83 milyon 690 min 200 manat təşkil edib.
Eləcə də bax:Azərbaycanda ən çox işçi götürən otellər - AÇIQLANIB - RAYONLAR ÜZRƏ
Xərclənən pulların 56 milyon 617 min 700 manatı və ya 67,65%-i Bakı restoranlarının payına düşüb.
Paytaxtdan restoranlarından sonra turistlərin ən çox pul xərclədiyi bölgə Quba-Xaçmaz iqtisadi rayonu olub. Belə ki, burada turistlər restoranlarda 9 milyon 458 min 400 manat xərcləyiblər ki, bu da ümumi xərclənən məbləğin 9- da biri qədər olub.
Eləcə də bax:Azərbaycanda hansı rayonda otellərin – NƏ QƏDƏR QAZANDIĞI MƏLUM
Bakı və Quba-Xaçmaz iqtisadi rayonundan sonra restoranlardan ən çox gəlir Şəki –Zaqatala iqtisadi rayonun payına düşüb. Bu rayonda ictimai iaşə obyektləri 7 milyon 534 min 700 manat gəlir əldə ediblər.
Ən az qazanan restoranlar Naxçıvan Muxtar Respublikasında olub , 450 min 800 manat.