Turizm mövsümündə Türkiyənin hava limanları sərnişin rekordları vurur.
Tümendən və Surqutdan Bakıya uçuşlar başladı – QİYMƏTLƏR
FED.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iyulun 6-da şənbə günü bu ilin mühüm rekordunun qırıldığını təsdiqləyib.
FED.az xəbər verir ki, Antalya Hava Limanı əməkdaşları bir gün ərzində 1054-ü beynəlxalq, 125-i daxili olmaqla, 1179 təyyarəyə xidmət göstərib.
Uraloğlu bildirib ki, gün ərzində aeroportdan 200 mindən artıq sərnişin uçub. Nazirin bununla bağlı paylaşımında qeyd olunur: "Bu ilin rekordu 6 iyul şənbə günü Antalya Hava Limanında yenilənib. 1054-ü beynəlxalq, 125-i daxili xətlərdə olmaqla ümumilikdə 1179 təyyarəyə xidmət göstərilib. Ümumilikdə 206 min sərnişinə xidmət göstərilib".