Ötən illərlə müqayisədə aviabiletlər ucuzlaşıb, amma yay ayları üçün olan tur-səyahət qiymətləri bahalaşıb.
İrana gedən Azərbaycan vətəndaşlarının sayında böyük artım olub
FED.az xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, ötən il Türkiyə şəhərlərinə gediş-dönüş qiyməti 750-800 manat olan aviabiletlər indi 450-550 manat arasında dəyişir. Bununla belə, ötən ilin müvafiq dövrü ilə müqaisədə tur-səyahət bahalaşır. Turistlər əsasən 7 gecə, 8 günlük paketlərə üstünlük verirlər. Ötən il ilə müqasiədə indi qiymətlər artıb.
Bahalaşma Gürcüstan istiqamətində təklif edilən tur-səyahətdə də müşahidə edilir.
Ekspert deyir ki, yay aylarına doğru tələb çox olacağından aviabilet qiymətlərində bahalaşma ola bilər. (Xezerxeber.az)