Utair Hava Yolları Tümen və Surqutdan Azərbaycanın paytaxtı Bakıya uçuşların sayını artırıb.
Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayıb
FED.az xəbər verir ki, Tümendən uçuşlar həftədə iki dəfə, çərşənbə və cümə günləri yerinə yetiriləcək. Surqutdan Bakıya təyyarələr isə həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri uçacaq.
Qiymətlərə gəlincə uçuş qiyməti Bakıdan Tümenə oktyabr ayının sonları tarixinə (25 oktyabr) 31 040 rubl və ya 618 manat təşkil edir. Əks istiqamətdə - Tümendən Bakıya isə eyni tarixdə bilet qiyməti 27 855 rubl və ya 555 manat müəyyən edilib.
Surqut istiqamətində olan uçuş qiymətləri isə Bakı Surqut istiqamətində 37 135 rubl – 739 manat, Surqut Bakı istiqamətində isə 33 950 rubl – 676 manat təşkil edir.
Qeyd olunmuş uçuşlar ekonom paketə aiddir və sərnişinlər uçuş zamanı 5 kg əl yükü götürə bilərlər.