Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp və onun administrasiyası seçki kampaniyasında vəd olunduğu kimi, yanvarın 21-dən etibarən ölkədə yaşayan qanunsuz mühacirlərin kütləvi deportasiyası istiqamətində işlərə başlayacaq.
Rusiyada miqrantlarla bağlı yeni qanun hazırlanıb, mənzil bir illik icarəyə veriləcək
FED.az xəbər verir ki, bu haqda "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, mühacirlərə qarşı ilk irimiqyaslı reydlər çərşənbə axşamı İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftənin sonuna kimi davam edəcək.
Bildirilir ki, əməliyyata ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin 200-ə yaxın əməkdaşı səfərbər olunacaq. İlk olaraq kriminal keçmişi olan qanunsuz mühacirlərin hədəfə alınacağı bildirilir. (Trend)