ABŞ prezidenti Donald Tramp gələn aydan tibbi sığortası olmayan miqrantların ölkəyə girişini məhdudlaşdıran sərəncam imzalayıb.
FED.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı xəbərdə bildirilir.
Eləcə də bax: ABŞ-a gələn miqrantlardan DNT nümunələri - TOPLANA BİLƏR
Qeyd edilir ki, miqrantlar ölkəyə giriş tarixindən 30 gün ərzində tibbi sığortanın və ya tibbi xərclər üçün vəsaitlərin mövcudluğunu nümayiş etdirməlidir. Başqa sözlə desək, miqrantın ölkəyə girişi zamanı 30 gün ərzində qüvvədə olan tibbi sığortası olmalıdır. Əks təqdirdə əcnəbi mümkün tibbi xərcləri ödəmək üçün kifayət qədər maliyyə vəsaitlərinə malik olmalıdır. Əgər bu şərtlərdən nə birincisi, nə də ikincisi yerinə yetirilməsə, onda onun ABŞ-a girişi dayandırılacaq və məhdudlaşdırılacaq.
Qanunda bir sıra istisnalar da var. İstisnalar xüsusi halda ABŞ vətəndaşlarının uşaqları üçün nəzərdə tutulub.
Sərəncam noyabrın 3-də qüvvəyə minəcək.
Report