“FINNAIR” aviaşirkəti koronavirusun baş qaldırması ilə əlaqədar sərnişinlərin sayının kəskin azalmasına uyğunlaşmaq məqsədilə səylərini fəallaşdırdığını elan edib.
FED.az xəbər verir ki, “FINNAIR” şirkətindən bildiriblər ki, yaranmış vəziyyətlə əlaqədar, aviaşirkətdə ölkədaxili və qitədaxili marşrutlarında sərnişinburaxma qabiliyyətini azı 20 faiz azaltmaq qərarına gəliblər. Korrektələr sərnişinlərin yaxın vaxtlar üçün sorğularının cari proqnozlarına əsaslandırılıb. Bu səbəbdən də dəyişikliklər ümumilikdə 2400-ə yaxın reysin ləğvini nəzərdə tutur.
Qeyd edək ki, bütün bunlarla yanaşı, aviaşirkət tərəfindən görülən tədbirlər eyni vaxtda bir sıra Avropa istiqamətlərinə, o cümlədən İtaliya, Almaniya, İsveç və Xorvatiya şəhərlərinə reyslərin ləğvini nəzərdə tutur.