Gürcüstanın Tbilisi və Batumi beynəlxalq aeroportlarında sərnişin daşınmaları son 10 ildə əsaslı dərəcədə azalıb.
FED.az xəbər verir ki, bu barədə “TAV-Georgia” şirkətinin məsul əməkdaşı Tea Zakaradze məlumat verib. Onun sözlərinə görə, Tbilisi aeroportunda turist daşınmaları 17 faiz, Batumi aeroportunda isə 12 faiz azalıb.
Eləcə də bax: Bakı turizm baxımından - TBİLİSİNİ ÜSTƏLƏYİB VƏ XEYLİ İRƏLİDƏDİR
T.Zakaradze 2020-ci ildən vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib.
Gürcüstan hökumətinin proqnozlarına görə, gələn il turizm sektorunda gəlirlər 710 milyon ABŞ dollarına çatacaq.
Azərtac