Azərbaycanın tanınmış otellərindən olan “Vogue Hotel Nabran” Yeni il bayramını qeyd edəcək müştərilər üçün xüsusi endirim qiymətlərini açıqlayıb.
FED.az xəbər verir ki, Yeni il bayramında hotel tərəfindən maraqlı və yadda qalacaq əyləncəli proqramlar da hazırlanıb.


Qeyd edək ki, endirimli qiymətlərlə son rezervasiya günü 30 dekabr tarixinədəkdir.
Xatırladaq ki, Bakıdan 180 km, dənizdən 1000 metr məsafədə yerləşən Vogue Nabran oteli 5 ulduzlu otellər kateqoriyasına daxildir. Yüksək zövqlə inşa olunmuş otel 32 müxtəlif kateqoriyalı otaqlardan, 2 və 3 otaqlı 25 ədəd kotteclərdən ibarətdir.
Bundan əlavə burada qonaqların istifadəsi üçün qapalı və açıq restoran, uşaq əyləncə yerləri, üstü açıq hovuz, bilyard zalı, Vogue Siqar barı da qonaqların xidmətindədir.










