Milli Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
FED.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, qanunun 7-1.6-cı maddəsinə "günü" sözündən sonra, “elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat" sözlərinin əlavə edilməsi təklif edilir.
Yeni maddəyə əsasən, Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciətə ən geci 3 saat ərzində baxılacaq.
Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.