“Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 27 milyon 880 min manat və yaxud 30,2% artırılıb.
FED.az Report-a istinadən xəbər verir ki, aviaşirkətin kapitalı 92 milyon 335 min 480 manatdan 120 milyon 215 min 480 manata çatdırılıb.
Eləcə də bax:Tələbat olmadığından “Buta Airways” uçuşları - DAYANDIRIB
Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb, Silk Way Holding" MMC-yə daxildir. Bir qədər əvvəl bu holdinqin törəməsi olan "Silk Way Business Aviation" MMC-nin də nizamnamə kapitalı 27,88 milyon manat artırılaraq 200 manatdan 27 880 200 manata çatdırılmışdı.