İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a daxil olan məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, səhər və axşam arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırırılır ki, sentyabrın 8-9-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-30 isti təşkil edəcək.
Səyahətə çıxanlar üçün istirahət günlərinin - HAVASI
21:18
7 Sen 2018