Səudiyyə Ərəbistanına məxsus “Flynas” aviaşirkəti 3 istiqamətdən Bakıya uçuşlar həyata keçirəcək.
FED.az xəbər verir ki, bu barədə aviaşirkət öz “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilir ki, “Flynas” bu il iyunun 1-dən Səudiyyə Ərəbistanının Ər-Riyad, Dammam və Qəsim şəhərlərindən Bakıya aviareyslərə başlayacaq. Şirkət Ər-Riyaddan və Dammamdan Bakıya həftədə 4 dəfə, Qəsimdən isə həftədə 2 dəfə uçuşlar etməyi planlaşdırır.